Güclü külək Bakıda ağacın budağını qopardı

07.09.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 28 ünvanında ağacın budağı qırılaraq yerə düşüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisəyə səbəb güclü külək olub. Sakin vurğulayıb ki, ağacın iri budağı qopub düşərkən ərazidə olub və qaçaraq uzaqlaşmağı bacarıb.

Ərazidən kadrları təqdim edirik:

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью