Güclü külək Bakıda AĞACLARI AŞIRIB

28.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı şəhərində güclü küləklə müşahidə olunan hava şəraiti davam edir.

Oxu.Az xəbər verir ki, mövcud hava şəraiti ilə əlaqədar bəzi ərzilərdə ağaçların aşması halı müşahidə olunub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, ötən gecə güclü külək altı ağacın aşmasına səbəb olub.

"Birliyin operativ qrupları tərəfindən fəsadlar aradan qaldırılıb",- deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью