Güclü külək beşmərtəbəli binanın damını uçurdu

05.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatalada güclü külək fəsadlar törədib, külək beşmərtəbəli binanın dam örtüyünü uçurub.

Gununsesi.info xəbər verir ki, bu gün günortadan başlayaraq şimal-qərb bölgəsində höküm sürən küləkli hava Zaqatala şəhəri Vasif Qurbanov küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsini uçuraraq yerə atıb. Külək nəticəsində rayonun müxtəlif ərazilərində irigövdəli ağaclar aşıb, budaqlar qırılıb.

Hazırda müvafiq qurumlar qeyd olunan ərazilərə cəlb edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью