Güclü külək daha bir rayonda fəsadlar TÖRƏTDİ KONKRET

14.12.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ötən gündən başlayan güclü külək Qəbələ rayonunda da fəsadlara səbəb olub.

KONKRET.az xəbər verir ki, külək Qəbələdə çoxlu sayda ağacın qırılmasına, dam örtüklərinin uçmasına səbəb olub. Elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.

Güclü külək nəticəsində Qəbələdə yeni inşa olunmuş evin dam örtüyü uçaraq magistral yola düşüb.

Bundan başqa, bir neçə ticarət obyektində, eləcə də evlərdə fəsadlar yaranıb, dam örtükləri uçub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью