Güclü külək darvazanı aşırdı, kişi altında qalıb öldü

17.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ağsu rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, güclü külək rayondakı fərdi yaşayış evinin darvazasını aşırıb. Nəticədə 1971-ci il təvəllüdlü Kərimov Nazim Lazım oğlu dəmir darvazanın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью