Güclü külək əsəcək Əhalinin NƏZƏRİNƏ!

05.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabulda isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью