Güclü külək əsəcək Sarı və narıncı xəbərdarlıq

06.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi rayonlarda dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью