Güclü külək əsəcək Sarı xəbərdarlıq

04.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 5-də bəzi bölgələrdə küləkli hava şəraiti olacaq.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью