Güclü külək əsəcək XƏBƏRDARLIQ

15.02.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Milli Hidrometerologiya Xidməti fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью