Güclü külək əsəcək XƏBƏRDARLIQ Yeni Gündəm

07.12.2024

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın bəzi rayonlarında dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək..

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, bu barədə sarı xəbərdarlıq edilib.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bununla yanaşı Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığ edilib.

Qeyd olunub ki, bu rayonlarda fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью