Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Hazırda paytaxt ərazisində güclü külək müşahidə olunur. Mövcud hava şəraiti gündəlik hərəkət zamanı müəyyən təhlükələr və maneələr yarada bilər. Elə bu səbəbdən də vətəndaşlar açıq havada olarkən ehtiyatlı davranmalı, təhlükəsizlik qaydalarına riayyət etməlidir. Təəssüflər olsun ki, hava şəraiti ilə bağlı təhlükəsizlik məsələlərini bir çox vətəndaş göz ardı edir və lazımi səviyyədə riayət etmir. Bu isə potensial risklərin artmasına səbəb olur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlara güclü külək zamanı təhlükəsizlik qaydalarına riayyət etmək tövsiyyə olunur:
“Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq məsləhət görülür. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar”.
Nurcan Babək
Oxunub 20