Güclü külək əsir FAKTİKİ HAVA

05.11.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 12:00-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s-yə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.

Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью