Güclü külək Gəncədə ağacları aşırdı Video

10.10.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, küləyin təsirindən şəhər ərazisində 6 irigövdəli ağac aşıb. Aşan ağaclardan biri şəhərin Abbas Səhhət adlanan yaşayış massivində qaz xəttinin üzərinə düşərək onu sındırıb. Bu səbəbdən həmin ərazidə qazın verilişi dayandırılıb.

Hazırda şəhərdə küləkli hava şəraiti davam edir.

Yunis Quliyev





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью