Güclü külək Goranboyda fəsadlar törədi FOTO

28.02.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda külək fəsadlar törədib.

"Unikal"ın məlumatına görə, gecə saatlarında güclü külək rayonun Meşəli kəndi ərazisində irigövdəli qovaq ağacını yola aşırdıb.

Təbiət hadisəsi zamanı Goranboy-Ağcakənd yolunda avtomobillərin hərəkəti çətinləşib. Təbiət hadisəsi zamanı rayonun Aşağı Ağcakənd qəsəbəsində ictimai iaşə obyektinin daş hasarı, dəmir konstruksiyası küləyə tab gətirməyib.

Bundan başqa qəsəbə ərazisində quraşdırlan bir neçə dəmir reklam lövhələri güclü küləyin təsirindən aşıb. Güclənən külək Şəfibəyli, Zeyvə kəndləri ərazisində də irigövdəli ağacları aşırıb. Aidiyyəti qurumlar tərəfindən aşan ağaclar ərazidən götürülüb. Qeyd edək ki Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью