Güclü külək Göyçayda evlərə və ticarət obyektlərinə ziyan vurub

14.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gecədən əsən güclü külək Göyçayda fəsadlar törədib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, güclü külək səbəbindən rayonda elektrik enerjisinin verilişi dayanıb.

Şəhər ərazisində bir neçə irigövdəli ağaclar aşıb, çoxmərtəbəli binaların dam örtüyü uçub, ticarət obyektlərinə ziyan dəyib.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar, təcili və təxirə salınmaz zəruri işləri həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью