Güclü külək Mingəçevirdə fəsadlara yol AÇDI

14.12.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Mingəçevirdə güclü külək bir sıra fəsadlara yol açıb.

Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyasından Redaktor.az-a verilən nməlumata görə, güclü külək nəticəsində şəhər ərazisində 120 ədəd ağac qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Bundan başqa, 15 yaşayış binasının dam örtüyünü (977 kv.m) uçurub, 9 ədəd fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş barını aşırıb.

Qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək abtomobili zədəlyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan vurub, 9 yerdə telefon və internet xətləri qırılıb, 8 ərazidə üzərinə ağac aşması nəticəsində qaz xətti əyilib, 6 ədəd beton elektrik dirəyi və 4 ədəd işıqlanma dirəyi zədələnib, bir neçə yerdə işıq xətləri qırılıb. 

Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Hazırda bərpa işləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью