Güclü külək nəhəng heykəli aşırdı “Azadlıq Heykəli”nin surəti ciddi ziyan gördü VİDEO

16.12.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Güclü fırtına ABŞ-dakı “Azadlıq Heykəli”nin Braziliyadakı 24 metr hündürlüyündə olan oxşarını aşırıb. Əvvəlcə əyilən heykəl daha sonra tamamilə yerə düşüb və ciddi ziyan görüb.
Bakupost.az “The Economic Times”a istinadən xəbər verir ki, hadisə dünən (15 dekabr) Rio Qrande do Sul ştatının Quaíba şəhərində baş verib. Fırtına zamanı küləyin sürəti saatda təxminən 80-90 km-ə çatıb. Hadisə anına aid video sosial şəbəkələrdə viral olub.
Xoşbəxtlikdən yaxınlıqdakı parkinqdə və yaxın ətrafda heç kim olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью