Güclü külək Oğuzda bir sıra fəsadlar törətdi FOTOLAR

14.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, dünən axşam saatlarından etibarən Oğuz rayonunda güclü küləkli hava müşahidə olunur.

Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar Oğuz-Bayan avtomobil yoluna aşıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.

Səhər saatlarından etibarən aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью