Güclü külək Şəkidə fəsadlar törətdi

05.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güclü külək Şəkidə fəsadlar törədib.

Publika.az "Report"a istinadla xəbər verir ki, rayon ərazisində küləkli hava şəraiti səbəbindən şəhərin mərkəzində ağac aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək, həmçinin şəhərin mərkəzində yerləşən yaşayış evinin damını yararsız hala salıb. Aidiyyəti qurumların əməkdaşları hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Küləkli hava şəraiti davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью