Güclü külək tikilinin damını maşının üzərinə aşırdı

03.06.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobil üstünə aşıb.

Axar.az xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində hava şəraiti güclü küləklə müşahidə edilib. Bir neçə dgəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью