Güclü külək və yağış Göygöldə fəsadlar törədib

11.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb zonasında gecə saatlarında yağan intensinv yağış Göygöl rayonunda da bir sıra fəsadlar törədib.

Bakıvaxtı.az-ın məlumatına görə, Göygöl şəhərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində şəhərin bəzi ərazilərində ağaclar aşıb. Aşab ağaclardan biri minik avtomobilinin, digəri isə evakuator maşınının üzərinə düşüb.

Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub, həyətlərdə olan ağaclar aşıb.

Aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью