Güclü külək yas çadırını uçurdu Video

20.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Beyləqanda ötən gün əsən güclü külək yas çadırını uçurub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində baş verib.

Vəfat edən kənd sakini, 1967-ci il təvəllüdlü Eldar Hacıyev üçün qurulan yas çadırını əsən güclü külək uçurub.

Nəticədə qurulan çadırın dəmir ayaqları evin üzərinə düşərək evin üstündəki şiferləri sındırıb, çadırlar yararsız hala düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью