Güclü külək Yevlaxa ciddi ziyan vurub AzPolitika onlayn siyasiictimai qəzet

14.12.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Güclü külək Yevlax rayonunda fəsadlar törədib. "Report"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Eyni zamanda şəhərdə və rayon ərazisində yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub. Külək ağacları və elektrik dirəklərini aşırıb.

Hazırda aidiyyəti orqanlar problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью