Güclü külək Yevlaxa xeyli ziyan vurdu Foto

14.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Dekabrın 14-də gecə saatlarında başlayan güclü külək Yevlax rayonuna ziyan vurub.

Axar.az xəbər verir ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью