Güclü külək Yevlaxda evlərin dam örtüklərini uçurub, elektrik dirəklərini aşırıb AZƏRTAC

14.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Yevlax, 14 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dekabrın 14-də gecə saatlarında başlayan güclü külək Yevlax rayonuna ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb, şəhərdə və rayon ərazisində ictimai yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub, ağaclar və elektrik dirəkləri aşıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью