Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub

05.11.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun mərkəzindəki küçələrdə irigövdəli ağaclar yıxılıb, budaqları qırılaraq yola tökülüb.

Nəticədə ərazidən keçən elektrik naqilləri qırılıb. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Bununla yanaşı, beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью