Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub AzPolitika onlayn siyasiictimai qəzet

05.11.2024

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Güclü külək Zaqatalada elektrik təsərrüfatına ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun mərkəzindəki küçələrdə irigövdəli ağaclar yıxılıb, budaqları qırılaraq yola tökülüb.

Nəticədə ərazidən keçən elektrik naqilləri qırılıb. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Bununla yanaşı, beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью