Güclü külək Zaqatalada fəsadlar törətdi Video

05.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi uçub.

Bundan əlavə küləyin təsirindən şəhərin müxtəlif ərazilərində irigövdəli ağaclar aşıb.

Bu səbəbdən ərazidən keçən elektrik naqilləri qırılıb, rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda müvafiq qurumların əməkdaşları və əraziyə cəlb olunub və fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Mübariz Muradov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью