Güclü küləklə bağlı sarı xəbərdarlıq edildi

28.11.2024

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 29-u Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

"Bakıda və Abşeron yarımadasında, Siyəzən, Xızı, Xaçmaz, Şabran, Quba, Qusar, Goranboy, Naftalan, Ağstafa, Tovuz, Şəmkir, Qazax, Daşkəsən, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək",- deyə qurumdan əlavə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью