Qol.az saytına istinadən Icma.az xəbər verir. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 31-cu turunda "Sumqayıt"ı 3:1 hes
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: - İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm.
Vacib üç xal və qələbə qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik.
"Sumqayıt" haqda oyunçularımıza məlumat vermişdik. Onlara rəngarəng və baxımlı futbol oynayan komanda olduğunu xatırladırdıq.
Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür. Xüsusilə də hücum fazasında diqqət cəlb edən həmlələr edir.
İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra komandamın üzərində müəyyən stress yarandı. "Sumqayıt" irəli getməyə başladı.
Dəyişikliklərlə hücum potensialını gücləndirdilər. Biz də məcburiyyətdən daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik.
Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Amma onların da çoxlu epizodları var idi. "Sumqayıt" hesabı bərabərləşdirə bilərdi.