“Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür”Qüdrət Həsənquliyev | Icma.az
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bu gün keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında çıxış edib.
Millət vəkili öncə Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətlilə təbriklərini çatdırıb və tədbirə qatılmış qonaqlara təşəkkürünü ifadə edib: “Hörmətlli sədr, hörmətli qonaqlar!
Hamınızı Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətlilə təbrik edir, belə bir əlamətdar gündə sevincimizi bizimlə bölüşməyə gəlmiş qonaqlarımızın hər birinə sədri olduğum Ədalət, Hüquq, Demokratiya Partiyası adınadan öz dərin minnətdarlığımı bildirirəm.
Rusiya imperiyasının çöküşü və Zaqafqaziya Seyminin dağılması ilə yaranmış əlverişli tarixi şəraitdən istifadə edən xalqımızın qəhrəman, vətənpərvər və istedadlı övladları millətimizin gələcəyinə görə məsuliyyətlərini dərk edərək, 1918-ci il may ayının 28-də islam dünyasında ilk respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər.
7 dekabr 1918-ci ildə ilk iclasını keçirən Azərbaycan dövlətinin Parlamenti çoxpartiyalılıq əsasında və ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərindən təşkil olundu.
17 aylıq fəaliyyəti dövründə 11 fraksiyadan ibarət Parlament 130 iclas keçirmiş, 230 qanun qəbul etmiş, vətəndaş azadlıqlarının, qanunun aliliyinin təmin olduğu hüquqi-demokratik dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul etmişdir.
Şərqdə ilk dəfə qadınların seçmək və seçilmək hüququ tanınmışdır.
Tam oxu
Xəbəri oxu