Güclü partlayışın olduğu Goranboyda son durum KONKRET

04.09.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar.

KONKRET.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib.

O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb:

“Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir”.

Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью