Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın şimal bölgələrində və Yapon dənizi sahillərində yağan güclü qar insanların həyatına son qoyub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yanvarın 20-dən indiyənədək 42 nəfər ölüb, ümumillikdə qış mövsümünün əvvəlindən bəri qarla əlaqədar həlak olanların sayı 65 nəfərdir. Qar yağması nəticəsində 444 nəfər xəsarət alıb, onlardan 156-nın vəziyyəti ağırdır.
Güclü qar bir sıra prefekturalarda davam edir.