Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Avropanın anomal istilər tüğyan etdiyi bir vaxtda Cənubi Afrika Respublikasında insanlar soyuqla mübarizə aparır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bəzi regionlarında qasırğa ilə müşayiət olunan güclü qar yağıb.
Şaxtalı hava bir neçə avtomagistralda nəqliyyatın hərəkətini çətinləşdirib. Hətta bəzi yerlərə yollar bağlanıb.
Yerli hakimiyyət orqanları sakinlərə müraciət edərək yaxın günlərdə havanın daha da pisləşəcəyini, bu üzdən ehtiyat tədbirləri görməyi tövsiyə edib.
L.Tağıyeva