Güclü qar İstanbulda həyatı iflic edib FOTOLAR

19.01.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İstanbulda fasiləsiz yağan qar həyatı iflic edib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərdə qar yağışı səbəbindən səhər saatlarında yol tıxacının 81%-ə çatdığı qeyd olunub. 

Yol tıxaclarından sonra İstanbul valiliyi bu gün səhər saat 10:00-dan etibarən ağır nəqliyyat vasitələrinin və kuryerlərin yollarda hərəkətini qadağan edib. 

Bu gün də İstanbulda qar yağmasının fasilələrlə davam edəcəyi gözlənilir. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью