Güclü qar Lerikdə 18 kəndi birləşdirən yolda hərəkəti iflic etdi

22.01.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lerik rayonunda 18 kəndi birləşdirən Piran-Küsəkəran-Veri yolunda güclü qar səbəbindən hərəkət iflic olub.

Oxu.Az-a daxil olan məlumatda qeyd olunub ki, yolun yalnız bir hissəsi kənd sakinləri tərəfindən qardan təmizlənib.

Məlumatda əlavə olunub ki, ərazidə qarın hündürlüyü 1.5-1.8 metr arasında dəyişir.

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью