Güclü qar Moskva yollarını iflic edib

29.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Güclü qar yağışı Moskva istiqamətində avtomobil hərəkətini ciddi şəkildə çətinləşdirib.
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, şəhərə giriş yollarında uzun tıxaclar yaranıb, yük avtomobilləri hərəkəti demək olar ki, tamamilə bloklayıb.

Ən ağır vəziyyət Qorki şossesi və Entuziastı şossesində müşahidə olunur. Yük maşınları sürüşkən yol səbəbindən yoxuşları qalxa bilmir. Sürücülərin bildirdiyinə görə, tıxaclar kilometrlərlə uzanır, bəzi avtomobillər 5–6 saat ərzində demək olar ki, yerindən tərpənmir. Region üzrə yolların ümumi yüklənmə səviyyəsi 9 bala çatıb.

Yollarda çoxsaylı yol-nəqliyyat hadisələri və yolda qalmış iri yük avtomobilləri var.

Kommunal xidmətlər təmizlik işləri aparsa da, hava şəraiti ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью