Güclü qar yağcaq, 22 dərəcə şaxta olacaq Sabahın HAVASI

27.02.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi yollar buz bağlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью