Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyada yanvarın 20-dən etibarən davam edən intensiv qar yağışı və sərt hava şəraiti ağır nəticələrə səbəb olub. Güclü qar və şaxtalar nəticəsində ölənlərin sayı 35 nəfərə, xəsarət alanların sayı isə 358 nəfərə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi (FDMA) məlumat yayıb.
Bildirilib ki, ən çox ölüm halı Niiqata prefekturasında qeydə alınıb, burada 12 nəfər həyatını itirib. Akita prefekturasında 7, Yamagatada 5, Hokkaydo və Aomoridə isə hər birində 4 nəfərin öldüyü açıqlanıb. Bundan başqa, İvate, Naqano və Şimane prefekturalarında da bir nəfərin həyatını itirdiyi bildirilib.
Məlumata görə, xəsarət alanlardan 126 nəfərin vəziyyəti ağır, 232 nəfərin isə yüngüldür. Ölüm hallarının detalları açıqlanmasa da, yerli media bəzi insanların qar yığınlarını təmizləyərkən damlardan yıxılaraq həyatını itirdiyini yazır.
Qar yağışından ən çox zərər çəkən bölgələrdə qarın hündürlüyü 2 metri keçib. Aomori prefekturasının bəzi kəndlərində isə qar örtüyünün qalınlığı rekord həddə çataraq 4,5 metrə yüksəlib.
Nuriyyə NATİQQIZI