Güclü qarla bağlı Quba Xınalıq yolu bağlanıb

18.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Quba-Xınalıq yolu bağlanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, güclü qar yağması səbəbindən 35-36-cı kilometrdən başlayaraq yolda hərəkət məhdudlaşıb. Eyni zamanda yola müxtəlif yerlərdə qaya və daş parçaları tökülüb.

5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью