Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Britaniyalı mütəxəssis, Southampton Universitetinin professoru Kate Ward bildirib ki, sağlam sümüklər üçün yalnız süd məhsulları qəbul etmək kifayət etmir. Onun sözlərinə görə, osteoporozun qarşısının alınmasında düzgün qidalanma əsas rol oynayır.
Medicina.az xəbər verir ki, mütəxəssis kalsium, D vitamini və zülalla yanaşı, K vitamini, maqnezium, sink və fosfor da sümük və əzələ sağlamlığının qorunmasına kömək etdiyini qeyd edib.
Bu maddələr süd məhsullarından əlavə, edamame (yaşıl soya lobyası) kimi bitki mənşəli qidalarda da mövcuddur.
Qeyd edək ki, osteoporoz sümük kütləsinin azalması nəticəsində sümüklərin kövrəkləşməsi ilə xarakterizə olunur və xüsusilə menopauza dövründə olan qadınlarda daha çox rast gəlinir.
Xanım,
Medicina.az