Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Cənub-Şərqi Asiya super tayfunun nəticələrindən əziyyət çəkir.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox təsirlənən ölkələrdən biri də Tayvan olub. Ölkədə təbii fəlakət nəticəsində təxminən 200 nəfər yaralanıb, bir nəfər isə dənizə atılıb.
Dalğaların hündürlüyü 10 metri keçib. Sahil yaşayış məntəqələri su altında qalıb. Dağıdıcı küləklər elektrik enerjisinin kəsilməsinə səbəb olub. Adadakı mağazalar və məktəblər bağlanıb. Fırtına nəqliyyatın da çökməsinə səbəb olub. Minlərlə uçuş ləğv edilib, əsas yollar su altında qalıb və ya dağıntılarla bağlanıb.
Tayfun əvvəllər Çin və Filippin sahillərini əhatə edirdi. İndi isə sürətlə şərqə doğru irəliləyir. Yaxın saatlarda küləklərin artıq gücləndiyi Yaponiyada şiddətli hava şəraiti gözlənilir.