Güclü yağış avtomobillərin hərəkətinə mane oldu

06.05.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə "Ölkə.az"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью