Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb

12.07.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın Telavi şəhərində yağan güclü yağış nəticəsində Telavi dərəsi daşıb, bir neçə küçə və yaşayış məntəqəsi su altında qalıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, güclü yağıntı nəticəsində dərənin məcrası aşıb, Kavkasioni və Alazani prospektlərinin bəzi hissələrini su basıb.

Dərədən küçələrə axan sel suları şəhərdə ciddi fəsadlar törədib.

Hadisə yerinə polis, xilasedicilər və yerli hakimiyyət orqanlarının əməkdaşları cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью