Güclü yağış və sel XƏBƏRDARLIĞI

01.06.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verlən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью