Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

28.10.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Kubokunun 3-cü təsnifat mərhələsində keçirilən “Fethiyespor” - “Eyüpspor” matçı təxirə salınıb.
Bizim.Media xəbər verir ki, buna güclü yağış səbəb olub. “Fethiye İlçe” stadionunda baş tutan qarşılaşmanın ilk hissəsi “Eyüpspor”un 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
 

Fasilə zamanı güclü yağış səbəbindən meydançanın böyük hissəsini su basıb. Baş hakim Birkan Altındaş və köməkçiləri, eləcə də komandaların kapitanları meydançanın vəziyyətini yoxlayıblar.


Ot örtüyünün futbol oynamaq üçün yararsız olduğu müəyyənləşdikdən sonra matçın başqa tarixə keçirilməsinə qərar verilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью