News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin cənubundakı Quanqdonq və Quanqsi əyalətlərində həftə sonu yağan güclü yağışlar nəticəsində 5 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.
News24.az Sinxua-ya istinadən xəbər verir ki, səlahiyyətlilər ölkənin cənubunda leysan yağışların, daşqınların və fəlakətlərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Zhejiang, Fujian, Guangdong və Guangxi əyalətlərinin bəzi hissələri üçün sarı xəbərdarlıq edilib ki, bu da dağlıq ərazilərdə daşqınların baş verə biləcəyini göstərir.
Onu da qeyd edək ki, Sincan da daxil olmaqla bəzi bölgələrdə yağışın sabah da davam edəcəyi gözlənilir.
Günel Məlikzadə