Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğınlar davam edir.
Bir çox hisslərdə yağının qarşısı alınsa da, mürəkkəb coğrafi relyefdə baş verən yanğınlar hələ də alovlanır.
APA-nın hadisə yerində olan yerli müxbiri xəbər verir ki, əraziyə Ağdamla yanaşı, Xocalı və Ağdərə rayonlarından yanğınsöndürən briqadalar; texnika və şəxsi heyət cəlb olunub.
https://t.me/apa_az/101236 *** 22:59 Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.
APA-nın yerli müxbiri xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.
Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.
Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.
Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub *** 22:55 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.