Güclü yanğınlar 1300 illik məbədi külə döndərdi FOTOLAR

26.03.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Koreyadakı güclü yanğınlar zamanı cənubda yerləşən buddist məbədi olan “Qounsa” tamamilə külə dönüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yanğından sonra 1300 illik məbəddən geriyəvyalnız mərasim zəngi qalıb.

Məlumata görə, dövlət sərvəti kimi səciyyələndirilən oturan Budda heykəli də daxil olmaqla, bəzi əsərlərin yaxınlaşan yanğın başlamazdan əvvəl başqa məbədlərə daşınaraq yanğından xilas edilib.

Yanğınlar nəticəsində azı 18 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilir.

Cənubda bir çox ərazilərə 10 mindən çox yanğınsöndürən, polis və dövlət məmuru göndərilib.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью