Güclü zəlzələ: əhali küçələrə axışdı

15.04.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərindən 70 km şimal-şərqdə San Julian ərazisində 5,2 bal gücündə zəlzələ baş verib.

Axar.az “NBC Nyus”a istinadən xəbər verir ki, yerli vaxtla səhər saatlarında baş verən təkanlar panikaya səbəb olub, əhali küçələrə axın edib.

Los-Anceles şəhərində də hiss edilən zəlzələ zamanı hər hansı tələfat, yaxud dağıntı qeydə alınmayıb.

Zəlzələdən sonra bölgədə afterşokların qeydə alındığı bildirilir.

Yerli qurumlar əhaliyə tədbirli olmaları barədə xəbərdarlıq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью